Qarabağ separatçısı A.Arutyunyan Avstraliyada qəbul edildi - FOTOLAR

Hazırda oxunan: Qarabağ separatçısı A.Arutyunyan Avstraliyada qəbul edildi - FOTOLAR

217714
ATƏT-in Minsk Qrupu üzvlərinin dəstəyi ilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qondarılmış separatçı qurumun “dövlət naziri” kimi təqdim edilən Araik Arutyunyanxa0 Avstraliyada “işgüzar səfəri” zamanıxa0 bir qrup avstraliyalı deputat tərəfindən qəbul edilib.xa0xa0

Moderator.az “KarabakhTV”-yə istinadlaxa0 xəbərxa0 verir ki, bu haqda qondarma “nazirin” “mətbuat xidməti” məlumat yayıb.xa0


Cənubi Uels ştatının parlamentində olan A.Arutyunyan Ermənistan- Avstraliyaxa0 dostluq qrupunun üzvləri və qrupun həmsədri deputat Conatan O Deanla görüşüb. Separatçı “nazir” Cənubi Uels parlamentinə separatçı-terrorçu qurum “xalqı”nın “öz müqəddəratını təyin etmə hüququnu” tanıdığına görə təşəkkürünü bildirib. Avstraliya deputatları separatçı qurum rəhbərinin ölkələrinə gəlişinixa0 alqışlayıb və bu səfərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.


Xatırladaq ki, ötən ilin iyununda Bakıda Avstraliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilib. Tədbirdə Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyi vurğulanıb...

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin