Astarada ilk dəfə ”Himalay kərkəzi” aşkarlandı – FOTO

Hazırda oxunan: Astarada ilk dəfə ”Himalay kərkəzi” aşkarlandı – FOTO

217583

Astarada vəhşi quş aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Himalay kərkəzi" adlı quş Astara rayonunun Şiyəkəran kəndində həyətyanı sahədə ağacda rast gəlinib.

İki gün ağacda qalan quş sakinlər tərəfindən endirilib.

Bioloq Yunus Qulamovun sözlərinə görə, "Himalay kərkəzi" ilk dəfədir ki, Astarada rast gəlinir:

"Bu quş yırtıcılar dəstəsinə, qarğalar cinsinə aiddir. Onlar özünü müdafiə etmək üçün insana hücum edə bilir. Yaxşı ki, vaxtında bu quş ağacda aşkarlanıb və yerə salınıb. Əks halda uşaqlara zərər yetirə bilərdi".

Qeyd edək ki, bala "Himalay kərkəzi"nin qanadları 2 metrəyə yaxındır. Quş aidiyyəti üzrə təhvil verilib.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin