Hadisənin şahidi DANIŞDI: "Tuneldə 3 nəfər qalmışdı" - VİDEO

Hazırda oxunan: Hadisənin şahidi DANIŞDI: "Tuneldə 3 nəfər qalmışdı" - VİDEO

217525

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yağış suları ilə dolmuş tuneldə 2 nəfər boğularaq ölüb.
 

MÖVZU İLƏ BAĞLI:

“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa


Bizim.Media Xəzər televiziyasına istinadən xəbər verir ki, tuneldə qalıb görüntülərini qohumlarına göndərən bu şəxslər 1976-cı il təvəllüdlü Elnur Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Abbasovdur. Bu onların sonuncu görüntüləri olub.

Hadisə şahidləri bildiriblər ki, hadisə gecə 2-3 radələrində baş verib. 3 nəfər köməksiz halda qalıb, biri üzərək xilas ola bilib, ancaq qalanları boğulub. Onları xilas etmək istəyən şəxslər də buna nail ola bilməyiblər.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində ilk olaraq Elnur Şirinovun, sonra isə Köçəri Abbasovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, oktyabrın 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb və paytaxtın bəzi ərazilərində evləri su basıbyollar bağlanıb.

Xatırladaq ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti”  MMC tərəfindən inşa olunub.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin