İrandan keçməklə Ağbənddən Naxçıvana dəmir yolu ÇƏKİLƏCƏK

Hazırda oxunan: İrandan keçməklə Ağbənddən Naxçıvana dəmir yolu ÇƏKİLƏCƏK

217414

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulması üçün layihə sənədləri hazırlanır.

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, artıq Horadizdən Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir:

“İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd - Salam Məlik (Ordubad rayonu) istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryolu xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin