Azərbaycanda 3 baldan yuxarı baş verən zəlzələlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda 3 baldan yuxarı baş verən zəlzələlərin SAYI AÇIQLANDI

217409

Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvar ayından oktyabrın 22-dək - red) maqnitudası 3 və ondan yuxarı 45 zəlzələ qeydə alınıb.

Bizim.Media Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytna istinadən xəbər verir ki, yeraltı təkanlardan 38-nin maqnitudası 3 və 3-dən yuxarı, 4-ü 4 maqnitudadan yuxarı, daha 3-ü isə 5 maqnitudadan yuxarıdır.
 

Sözügedən dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə qeydə alınıb.


Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin