Kamil Nəcəfov “Bakı Hərrac Mərkəzi”nin direktoru TƏYİN OLUNDU

Hazırda oxunan: Kamil Nəcəfov “Bakı Hərrac Mərkəzi”nin direktoru TƏYİN OLUNDU

217380

“Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi”nin direktoru vəzifəsinə Kamil Oqtay oğlu Nəcəfov təyin edilib.

Bizim.Media xəbər verir ki, Kamil Nəcəfov 1 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, 1994-2004-cü illərdə 18 saylı orta məktəbdə təhsil alıb, daha sonra Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələrini əldə edib. 2008-2009-cu illərdə ABŞ-ın “University of Southern Maine” universitetində ixtisasartırma proqramını uğurla tamamlayıb. Peşəkar fəaliyyəti ərzində, 2012-2023-cü illərdə “Caspian Kargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə “Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.

Qeyd edək ki, “Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” 12 fevral 2016-cı il tarixində təsis edilib. Mərkəz müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında hərraclar təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin