Göyçayda 7 otaqdan ibarət olan ikimərtəbəli evdə yanğın hadisəsi olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Zakir Nəcəfov küçəsində, 62 yaşlı Rövşən Fərrux oğlu Əhmədova məxsus ümumi sahəsi 384 kvadratmetr olan fərdi yaşayış evində baş verib.
Evin 2-ci mərtəbəsində 192 kvadratmetr sahədə 3 otaq və dam örtüyü yanar konstruksiyaları ilə birlikdə alışıb.
Hadisə yerinə FHN-in Göyçay Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Evin 1-ci mərtəbəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə edilib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının nədən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu