Novruz bayramı ərəfəsində yarmarkalarda təhlükəli qoz-fındıqların satılması ilə bağlı xəbərlər səngimək bilmir. Bildirilir ki, yığılan qoz-fındıq, ləpələri uzun zaman nəm şəraitdə saxlanılır ki, satanda, çəkisi ağır gəlsin. Bu cür nəm yerlərdə saxlanılan qoz-fındığın isə insan orqanizminə çox böyük təhlükəsi var.xa0
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bu cür halların baş verdiyini və yarmarkalara nəzarət olunmadığını bildirib:
“Bunun nəzdində o dayanır ki, dörd il əvvəl Avropa ittifaqı Azərbaycandan göndərilən külli-miqdarda fındıq-qoz ləpələrini geri qaytardı. Çünki bu qoz ləpələrinin içərisində aflotoksin göbələkləri aşkar edilmişdi. Bunlar çox təhlükəli göbələklərdir. Lakin birinci sual olundu ki, geri qaytarılan qoz və fındıq ləpələri necə oldu?! Əlbətdə ki, Azərbaycan istehlakçılarının boğazına tıxandı”.xa0
Eyyub Hüseynov bununla bağlı məsələ qaldırdıqlarını bildirib:
“Bazarlarda satılan bu cür ləpələr heç yerdə eskertiza olunmur. Bu ləpələrin tərkibində aflotoksin ləpələrinin olması istisna olunmur. Ona görə də biz Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldırmışıq ki, məsələ araşdırılsın, yerli bazara nəzarət olunsun və təhlükəli mallar insanlara satılmasın”.xa0xa0
Eyyub Hüseynov ölkə bazarında kütləvi surətdə təhlükəli ləpələrin olduğunu deyib:
“Əlbətdə baş verənlərdən bəzən fındıq istehsalçılarının da xəbəri olmur. Malı elə yerdə saxlayırlar ki, göbələklər əmələ gəlir və bəzən çəkidə ağır gəlsin deyə onu isladırlar. Burda da çürümələr baş verir. Ölkə bazarında kütləvi surətdə təhlükəli ləpələr var.xa0xa0
Bunlara heç kim nəzarət etmir. Bazarlarda heç bir laboratoriya yoxdur. Daxili bazarda böyük problem yaşanır. Ölkədən Avropa bazarına çıxmaq üçün cəmi üç-dörd mal standartları müəyyən olunub. Bunlar balıq, balıq məhsulları, kürü və ləpələrdir. Avropa ittifaqının ekspertləri tərəfindən uyğunlaşdırılan müəssisələrin malları Avropaya çıxarılıb. Qalan təhlükəli mallar isə bazarlardadır”.xa0
Vasif Əlihüseyn




























































































