Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün dördüncü sayı işıq üzü görüb.
Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına müraciəti ilə açılır.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxışı, “2017 – islam həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın gündəliyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransdakı nitqi çap edilib. Jurnalın rəsmi bölməsi Azərbaycannın birinci vitse-prezidenti Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin verilmə mərasiminin xəbəri ilə qapanır.
“Hesabat” bölməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2017-cixa0 il ərzində gördüyü işlərin yekun hesabatı dərc olunub.
“Multikulturalizm və onun tədrisi” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Leyli Quliyevanın məqaləsi verilib.
Jurnalın “Çoxmədəniyyətlilik” bölməsində filologiya üzrə fəlsəfə doktoru Afət Musayevanın məqaləsi dərc edilib.
“Tariximiz, bugünümüz” rubrikasında Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti”xa0 adlı məqaləsi yer alıb.
xa0“Azərbaycan əcnəbilərin gözü ilə” rubrikasında İkinci Dünya müharibəsində əsir düşmüş alman əsgəri Villi Deşinxa0 jurnalın əvvəlki saylarında çap edilmiş gündəliyinin son hissəsi dərc edilib.
xa0“Höte zalı”nda Nəriman Əbdülrəhmanlının tərcüməsində Xorxe Luis Borxesin “Borxes & Borxes” hekayəsi oxuculara təqdim edilir.
xa0“Axundov zalı” rubrikasında yazıçı Kamal Abdullanın X.L.Borxesə ithaf etdiyi “Adaşlar” hekayəsi çap olunub.
“Tənqid və Esseistika” bölməsində şair-tərcüməçixa0 Qismət Rüstəmovunxa0 xa0 “Üz-üzə güzgülər” adlı essesində X.L.Borxesinxa0 “Borxes & Borxes”xa0 hekayəsi ilə K.Abdullanın “Adaşlar” hekayəsi arasındaxa0 paralellər aparırlır.
Jurnalın “Multikulturalizm mozaikası” rubrikasında 2017-ci ilin dördüncüxa0 rübündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində,Azərbaycan Dillər Universitetində, eləcə də ölkə ərazisində keçirilən tədbirlər işıqlandırılıb.
Jurnalın budəfəki “Region” əlavəsində “Qərb bölgəsinin rəngi” başlığı altında Şair Cavadın, Məmməd Dəmirçioğlunun, Barat Vüsalın, Hacı Məhəmməd Astanbəylinin, Ehtiram İlhamın, Tamella Poladlının, Hikmət Orhunun və başqa yazarların şeirləri, eyni zamanda Mövlud Mövludunxa0 “Çətirsiz” hekayəsi çap edilib.
































































































