“Çimərliklərlə bağlı qaydaları biz tənzimlənmirik. Bu istiqamətdə müzakirələr gedir. Biz sadəcə həkim olaraq tibbi cəhətdən qiymət verə bilərik”.
Bizim.Media-nın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva "Real" TV-yə müsahibəsində belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Toyların keçirilməsi ilə bağlı ŞAD XƏBƏR
O ötən il məlum şərtlərlə çimərliklərin işləmədiyini bldirib:
“Həmin vaxt üçün sanitar qaydalar da hazırlanmışdı. Bu qaydalar əsasında bu il aidiyyəti strukturlar qərar verə bilərlər”.
Bizim.Media