Piyadaların üzərinə su sıçradan sürücüləri hansı cəza GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Piyadaların üzərinə su sıçradan sürücüləri hansı cəza GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA

217269

Bildiyimiz kimi, oktyabrın 21-dən ölkəmizdə yağıntılı hava şəraiti müşahidə olunur. Təəssüflər olsun ki, yağıntı böyük fəsadlara, xoşagəlməz hallara səbəb oldu.
 

MÖVZU İLƏ BAĞLI:

Ölümlə ÜZ-ÜZƏ – Bakıda piyada səkisi yolun ortasına ÇIXIR – FOTO/VİDEO 


Məsələylə bağlı sosial mediada xeyli videolar paylaşıldı, müxtəlif fikirlər səsləndi. Yaşanan mənfi hallardan biri də bəzi sürücülərin şəxsi avtomobilləriylə keçərkən piyadalara yoldakı yağış gölməçələrindən su sıçratmasıdır.

Buna görə də bir çox vətəndaşa maraqlıdır ki, belə hallar yaşandıqda həmin sürücünü hər hansı bir cəza gözləyirmi?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, sürücülər yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar:

“Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara, nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibatı məsuliyyət yaradır”.

 Belə hallara səbəb olan sürücüləri hansı hüquqi tədbirlər gözləyir?

“Belə sürücülər aşkar edildikdə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsiylə inzibati tənbeh tədbirləri tətbiq ediləcək”, - deyə Toğrul Nəsirli qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin