Öz arzusu ilə işdən çıxan bu şəxslərə birdəfəlik müavinət veriləcək

Hazırda oxunan: Öz arzusu ilə işdən çıxan bu şəxslərə birdəfəlik müavinət veriləcək

217268

Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinət veriləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin