“Mən bu sözdən qorxmuram. Bu hər mənada təbii fəlakətdir. Normadan artıq yağış yağıb, proses göz qabağındadır. Yəqin ki, biz bu gün axşam oturub, götür-qoy etməliyik ki, bu vəziyyət niyə yaranıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib.
“Ola bilər ki, tikinti vaxtı nöqsanlara yol veriblər. Ola bilər başqa səbəbdən baş verib. Hadisəyə birmənalı qiymət vermək hələ tezdir. Hazırda tədbirlər görülür”, - deyə o bildirib.
Bakının meri kanalizasiya sisteminin SSRİ dönəmində inşa olunmasının bu vəziyyətin yaranmasına səbəb olması ilə bağlı sualı da cavablandırıb:
“Bakı sürətlə inkişaf edir, yeni binalar tikilir. Buna paralel olaraq, su-kanalizasiya sistemi də inkişaf etdirilməlidir. Bu haradasa alınır, haradasa alınmır”.
Bizim.Media