“Bunlar hansı vəsaitlə bahalı maşınlarda gəzirlər?!” – Siyavuş Novruzov

Hazırda oxunan: “Bunlar hansı vəsaitlə bahalı maşınlarda gəzirlər?!” – Siyavuş Novruzov

217221

“Bütün nazirlik və komitələr Hesablama Palatası tərəfindən yoxlanılır. Ona görə də dövlət büdcəsindən vəsait alan siyasi partiyaların yoxlanması da vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin 22 oktyabrda keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

O bildirb ki, hər bir partiya büdcədən kənar ianə və digər daxil olan vəsaitlər haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verməlidir:

“AXCP və digər bir neçə partiya MSK-ya heç bir hesabat verməyiblər. Bəzi partiyalar vəsaitin qarşısında 0 rəqəmini göstəriblər. Bəs bunlar hansı vəsaitlə bahalı maşınlarda gəzirlər?!”

Milli Məclisin üzvü dəyişikliyin qanun layihəsinin daha da zənginləşməsinə xidmət etdiyini qeyd edib:

“30 ildən sonra Azərbaycanda siyasi partiyalar haqqında qanun qəbul olundu. Bugünkü dəyişiklər də bu qanun layihəsinin daha da zənginləşməsinə xidmət edəcək. Qanun layihəsini qəbul etdik və onu daha da sərtləşdirmək lazımdır. Partiyanın üzvlərinin sayı 5000-dən aşağıdırsa, onda onun fəaliyyəti dayandırılır. Növbəti dəfə müraciət edəndə sayı 5000-ə çatdırılırsa, yenidən fəaliyyəti bərpa olunur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin