Gün ərzində havanın mülayim keçməsinə baxmayaraq, axşam saatlarında Oğuz rayon ərazisində qəflətən hava dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə rayonun bir neçə kəndinə dolu yağıb.
Dolu əsasən rayonun ucqar Xaçmaz, Filfilli kəndlərinə yağıb. Əvvəlcə yağan leysan yağışlarından sonra kənddaxili yollarda sel-sular yaranıb, dolu yağması nəticəsində isə meyvə ağaclarına, payızlıq əkinlərə xeyli ziyan dəyib.
Kənd bələdiyyəsindən verilən məlumata əsasən, hazırda fəsadlarla bağlı məlumatlar toplanılır və araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu