Azərbaycanda qadınları fahişəliyə cəlb edən şəxslə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Azərbaycanda qadınları fahişəliyə cəlb edən şəxslə bağlı YENİ XƏBƏR

21710

Azərbaycanda insan alverində ittiham olunan Nurəsdə Əlimuradovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Nurəsdə Əlimuradova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

O, maddi gəlir əldə etmək üçün bir qrup Azərbaycan vətəndaşı olan qadınları fahişəliyə cəlb etməklə insan alveri cinayəti törədib.

Onun cinayət işi üzrə 5 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Nurəsdə Əlimuradovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.(publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin