Astarada ata oğluna ov tüfəngi ilə atəş açdı

Hazırda oxunan: Astarada ata oğluna ov tüfəngi ilə atəş açdı

216980

Bu gün saat 20:00 radələrində Astara rayonunun Sığaloni kəndi ərazisində ata-oğul mübahisəsi qanla nəticələnib.

Bizim.Media xəbər verir ki, belə ki, Ağaşir Hüseynov oğlu 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynova ov tüfəngi ilə atəş açıb.

Nəticədə güllə yarası alan oğul T.Hüseynov yaralanıb və o, Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım aparılıb. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və cərrahiyyə şöbəsinə yerləşdirilib. Ata və oğul arasında mübahisə sitrus meyvələrinin satışı üstündə yaranıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın cənub bürosuna bildirilib ki, Astara rayon sakini Tural Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin