Moderator.az Aqrofobiya xəstəliyinin əlamətləri və müalicə yollarını sadalayacaq.
Bu xəstələrin 60% indən çoxu, hücumların gələcəyi yer və vəziyyətlərdən qaçmağa başlayarlar. Tək evdə qala bilməzlər, küçəyə tək çıxa bilməzlər, avtobus, gəmi, metro kimi nəqliyyat vasitələrinə, liftə minə bilməzlər, dar küçədən ya da körpülərdən keçə bilməzlər, bazar, böyük mağazalar kimi izdihamlı yerlərə girə bilməzlər. Xəstələrin, tək olarsa Panik atak keçirəcəyini zənn etdikləri yerlərə gedə bilməməsi, o növ yerlərdə qala bilməməsi vəziyyətlərinə Aqrofobiya deyilir.

Evdə olmadıqları zaman özlərinin öləcəklərini ya da dəli olacaqlarını fikirləşməsinə səbəb olan bu xəstəlik baş dönməsi, titrəmə, ürəkbulanma, tərləmə və tez-tez nəfəs alma kimi problemlərlə özünü göstərir.
xa0xa0
xa0Bu narahatlıqlarına görə izdihamlı bir yerə getdikləri zaman yanlarında özlərinin etibar edəcək birlərinin olmasını istəyirlər. Yanlarında olan insanın varlığı, onlara inam hissi verir.
xa0
xa0Müalicəsi necə olmalıdır?
Aqrofob narahatlığına malik olan şəxslər üçün ən ideal bir müalicə üsulu terapistə müraciət etməkdir. Həkimlər tərəfindən verilən sakitləşdirici dərmanlar və antidepressantlar xəstəliyin keçməsinə kömək ola bilər.
Dursun
xa0
					































































































