Ağsuda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, ağacəkmə aksiyası Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Yenilik kəndi ərazisindən keçən hissəsində təşkil olunub.
Aksiyada ümumilikdə 200 nəfərə yaxın rayon sakini iştirak edib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı təşkilati və texniki tədbirlər görülüb.
Ağsu rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumilikdə, 11 min ədəd ağac əkilməsi nəzərdə tutulur.
Bizim.Media, Aran bürosu