Lerikdə bir ailənin 3 üzvü yanıb, 2 yaşlı uşağın vəziyyəti ağırdır

Hazırda oxunan: Lerikdə bir ailənin 3 üzvü yanıb, 2 yaşlı uşağın vəziyyəti ağırdır

216736

Lerik rayonunun Şinəbənd kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov yaşadıgı ünvanda odun peçini benzinlə alışdırmaq istəyib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu zaman peçdən çıxan alov ətrafı bürüyüb.

Peçə ən yaxın olan ailənin 2022-ci il təvəllüdlü övladı V.Abbaslının üzərinə isə od  düşüb. Uşağın anası 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb, amma özü də yanıq xəsarəti alıb. 
 

Ana və övladı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə aparılıblar. İlk tibbi  yardımdan sonra yanıq xəsarəti alanlar reanimasiya şöbəsinə yerləşdirilib.


Hazırda həkimlər uşağın vəziyyətini ağır qiymətləndirir. Ona bədənin 90% termiki yanıq diaqnozu qoyulub. Ananın əlləri isə birinci və ikinci dərəcəli yanığa məruz qalıb.

Yanıq xəsarətləri alan atan R.Abbasov isə Lerik rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Baş verən hadisə hazırda araşdırılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin