600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik NƏYİ DƏYİŞƏCƏK?

Hazırda oxunan: 600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik NƏYİ DƏYİŞƏCƏK?

216687

Xəbər verdiyimiz kimi, yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər həqiqi hərbi xidmətlərini Milli Müdafiə Universitetində çəkəcəklər.

 “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Ehtiyata buraxılanların hərbi toplanışa çağırılması ilə bağlı YENİLİK


Təbii ki, bu xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov deyib ki, bu yəqin ki, ali təhsili təşviq etmək üçün irəli sürülən bir təşəbbüsdür:

“Amma göründüyü kimi bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Nəzərə alaq ki, Vətənə xidmət eləmək hər bir vətəndaşın borcudur. Amma bu xidmətin keçməsi üçün hansısa komfortun istənilməsi və yaxud vəd olunması doğru deyil. 


Bu əslində sosial ədalətsizlik mühiti yaradır. Unutmayaq ki, 44 günlük müharibənin taleyində aparıcı rola ali təhsilli yox, məhz orta təhsilli gənclərimiz sahibdirlər. Baxın, şəhidlərimizin bəlkədə 80 faizi orta təhsillidir.

Bu gün yaxşı oxumayıb, ali təhsil ala bilməyən və yaxud almaq istəməyən o qədər gəncimiz var ki, tərəddüdsüz canlarını Vətən üçün verərlər. Bunun müqabilində kimsə valideynlərin və müəllimlərin güclü dəstəyi ilə ali məktəbə qəbul zamanı 600 baldan yuxarı bal toplayıbsa, onun komfortlu otaqlarda xidmət keçməsi məncə düzgün deyil”.

Müsahibimiz onu da əlavə edib ki, 600-dən çox bal toplamaq hələ o demək deyil ki, o gənc xüsusi istedada malikdir:
 

“Bu gün imtahandan 700 bal toplayan gənc ola bilsin ki, bir ay sonra həmin imtahan zamanı daha az bal toplaya bilər. Yaxud əksinə, 400 bal toplayan abituriyent təkrar imtahanda 600 və daha çox bal toplaya bilər. Yəni bunlar hamısı nisbi məsələdir.


Bundan başqa, elə gənclər var ki, ali məktəbə orta balla daxil olur, amma universiteti fərqlənmə diplomu ilə bitirir. Bəs, onda belə savadlı gənclər niyə imtiyazlardan kənarda qalmalıdırlar?! Ona görə də Vətən qarşısında borcu təhsildə göstrilən hansısa uğurla müəyyən etmək doğru deyil.

Nəzərə alaq ki, bu hələ təklifdir. Yəqin ki, gələcəkdə bu pilot layihə təkmilləşdiriləcək və ən optimal variant seçiləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin