Qaxdan olan şəhid anası vəfat edib.
Birinci Qarabağ müharibəsində Qaxın Qıpçaq kəndindən döyüşlərə könüllü qatılan Mehdi Ziyadovun anası Tamara Ziyadova 89 yaşında vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onu həm də “Qaxlı Mixaylo”nun anası kimi də tanıyırdılar.
7 övlad - 3 oğlan, 4 qız anası olan şəhid anası uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi.
Tamara Ziyadova ötən gün vəfat edib və Qıpçaq kənd qəbiristanlığında dəfn edilib.
Şəhid Mehdi Ziyadov ailənin ən kiçik övladı olub. Döyüşlərdə göstərdiyi şücaətə görə yoldaşları ona “Qaxlı Mixaylo”ləqəbi verib.
Qeyd edək ki, ailənin böyük oğlu Əkrəm Ziyadov respublikanın tanınmış gedodeziya mühəndislərindən biri olub. O da 2018-cı ildə 60 yaşında dünyasını dəyişib.
Ailənin ortancıl oğlu Nadir Ziyadlı isə yazıçı-publisistdir. Hazırda Qıpçaq kənd tam orta məktəbin direktoru işləyir.
Allah rəhmət eləsin.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 18.10.2024
“Qaxlı Mixaylo”nun anası VƏFAT ETDİ – FOTO
Hazırda oxunan: “Qaxlı Mixaylo”nun anası VƏFAT ETDİ – FOTO
Hazırda oxunan: “Qaxlı Mixaylo”nun anası VƏFAT ETDİ – FOTO
216653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.