Martın 14-də Sabir Sarvanın vəfatının ildönümü qeyd olunacaq.
Sabir Sarvan 40 illik ədəbi fəaliyyətində, bir-birindən rəngarəng poetik nümunələr ərsəyə gətirib, cəmiyyətdə çox məşhur olmasa da, yaradıcı şəxslər arasında sayılıb-seçilən şair olub. S.Sarvan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt filialında çalışıb, bu filialın qurulmasında fəal iştirak edib.xa0xa0
Sabir Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir. Şair 2017-ci il martın 14-də vəfat edib.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sabiq sədri, tanınmış şair xa0Sabir Sarvanın şeirlərini təqdim edirik.
YAŞIDIM BİNA
xa0
Sumqayıtda
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 yaşıdım olan bir bina var,
Binəsi mən doğulan ili
qazılıb,
Alnının ortasına
xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0 1956 yazılıb.
Dər - divarında rüzgarın izləri,
Gecələr par - par yanır
pəncərə gözləri.
Harda olsam,
Harda yaşasam da yenə
O bina alın yazısından
xa0xa0xa0xa0xa0 xa0xa0 xa0xa0xa0xa0xa0xa0bir köynək daha yaxındır mənə.
İki yol ayrıcında,
daş qüruruyla dayanıb
xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0 yaşıdım,
Elə bil arşın udub.
Bənnalar onun kərpiclərini
atıb - tutanda,
Anam da məni qucağında atıb - tutub.
Sumqayıtda
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 yaşıdım olan bir bina var,
üst mərtəbələri insan yuvası,
altında mağazalar,
xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0
bir də bir ovçu dükanı,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 balaca.
İntihar fikrinə düşsəm,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 silahı o dükandan alacam.
Sumqayıtda
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 yaşıdım olan bir bina var,
Orta boylu,
qaraqabaq bir binadı.
Yer qaçmasa ayağının altından,
Olmasa özgə bir qəza - filan
bizdən tüstülü xatirələr
danışmaq sarıdan ümidim
təkcə onadı.xa0
xa0
ÇALDIRAN AĞRISI
xa0
Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.
xa0
Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.
xa0
Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş»xa0 deyə - deyə
Diyirlənsin, baş yerisin.
xa0
Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.
GEDİRSƏN
xa0
Gözəllərin bir yolu var,
O yolu tutub gedirsən.
Huşumu başımdan alıb,
Gözümdə bitib gedirsən.
xa0
Alışır yaxında nə var,
Bilmirəm ahımda nə var,
Oyadıb ruhumda nə var,
Könlümə yatıb gedirsən.
xa0
Papağı yandırdım günə,
Gəlmədin imana, dinə.
Qırmızı geyinib yenə
Qanıma batıb gedirsən.
xa0
xa0 QARABAĞLIxa0 UŞAQ
xa0
Səhər al qanlaxa0 açılır,
Quşlar göydən
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0xa0xa0ölü düşür.
Alışmır güllə səsinə
Budaq qorxur,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 gülü düşür.
Saçı dağılıb alnına,
Sıyrım - sıyrım olub dizi.
Gözlərinin qabağında
Anasının qanlı üzü,
Qaçır qarabağlı uşaq.
xa0
Dərd gələndə tək - tək gələr,
Dərd gələndə qoşa gəlməz.
Bir bu qədər xata, bəla
Ağıla gələr, başa gəlməz,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 sanı yoxmu?!
Aşağıdan yer qalxıb,
Yuxarıdan göy enib,
Qışqırığı boğazına,
Gözləri haqqa dirənib,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 sonu yoxmu?! -
Qaçır qarabağlı uşaq.
xa0
Axarı sınmış ömürlər,
Zülümdən bezar könüllər,
Ağ alnında qara qada,
Hara qaçsın bu dünyadan?!
Ayaqları heydən düşüb,
Şişib
xa0xa0xa0xa0xa0 alnının damarı,
İnsanlar ee...y,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 sizə sarı,
xa0 Qaçır qarabağlı uşaq.
HARA APARIRSAN
xa0
Günəş güzgüsünü əlindən salıb,
Çiçəklər rəngini rəngindən alıb.
Şəhərə çıxmısan, daş heykəllər də
Arxanca boylana - boylana qalıb, -
Hara aparırsan
bu gözəlliyi?
xa0
Heyrətdən bir kəlmə danışan da yox,
Bu qəfil sükutla barışan da yox,
Kəsib qabağını soruşan da yox:
- Hara aparırsan
bu gözəlliyi?
xa0
Şəhərə aydınlıq üzündən düşüb,
Sığallı xanımlar nazından düşüb,
Yanıqlı - yanıqlı baxır kişilər,
Çoxunun arvadı gözündən düşüb,-
Hara aparırsan
bu gözəlliyi?
xa0
Bu sevda başımdan sovuşan deyil,
Bu gözlər üzündən yığışan deyil,
Onsuz da heç yana sığışan deyil, -
Hara aparırsan
bu gözəlliyi?
xa0
QAN
xa0
Qana bələyirlər bizim elləri,
Qan deyir torpağı,
Daşı Vətənin.
Üzündə - gözündə qəm yuvalanıb,
Çəkir qovğaları başı Vətənin.
xa0
Şeytan ocağına, şər ocağına
Bəlli yelpiklərin küləyi gəlir.
Susuram,
sinəmi deşir ürəyim.
Dinirəm,
ağzımdan qan iyi gəlir.
xa0
Bu yurd
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 neçə dəfə qana çəkilib,
Quruyan dəniztək sinib özünə.
Axtarsan
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 Vətənin sərhədlərini,
xa0 Düş tarix boyunca qanın izinə.
xa0
Torpağı bölündü yağlı tikə tək
Bu millət içindən sındı beləcə.
Hər gedən
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 gecədə bir itiyi var,
xa0
Hər gələn
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 səhərı qandı beləcə.
xa0
Gərək qan bağlaya şairin sözü,
Şair əllərini qandan gen tutub.
Gör hansı zamandı,
xa0xa0 gör hansı vaxtdı
Mən qana çapıram,
xa0xa0xa0xa0xa0 məni qan tutub.
xa0
xa0***
xa0
Gör hansı fəsildə durub gəlmisən,
Üşüyən budaqlar gün axtaranda.
Quşların hamısı köçüb gedəndə,
Sərçələr soyuqda dən axtaranda.
xa0
Buyur, gəl içəri, qapıda durma,
Keçən çoxdan keçib, özünü yorma.
Mən belə oluram, sən fikir vermə,
Bir çətin söhbətə yön axtaranda.
xa0
Ürəyimxa0 sonuncu yarpaqtək əsir,
Nə həsrət istəyir, nə sevgi gəzir.
İllərlə yolunda durdum müntəzir,
Bəs niyə gəlmədin mən axtaranda?!
xa0
DÜŞMAN
xa0
Vaxtında ölmədim, indi də gecdi,
Hər nədi bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.
xa0
Qarışıb rəngləri, dünyanı daha,
Təkcə ağ - qaraya bölmək çətindi.
Ömrüm uzun çəkdi, düşman qazandım,
Düşman qazandınsa, ölmək çətindi.
xa0
Qoymaz gecələri çimir etməyə,
Bəlkə də o məndən sayıqdır ancaq.
Bir gözüm yuxuya getsə də mənim,
Bir gözüm həmişə oyaq qalacaq.
xa0
Qalmışıq göz - gözə, səngər - səngərə,
Belə qalasıyıq son günə kimi.
Düşmanlı adamın çıxır ağzından,
Sonuncu nəfəsi son güllə kimi.
xa0
Vaxtında ölmədim, indi də gecdi,
Hər nədi bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.
BİR DƏ GÖRDÜN
xa0
Sən mənim acı dilimdə
Bal kimi qərar tutmusan.
Lalə tək yanan qəlbimdə
Xal kimi qərar tutmusan.
xa0
Həsrətin çağlar içində,
Sabirin ağlar içində,
Çəkdiyin dağlar içində,
Göl kimi qərar tutmusan.
xa0
Sevən sevdiyindənxa0 dönməz,
Xəyalları Yerə enməz,
Qarşımda bitməz - tükənməz,
Yol kimi qərar tutmusan.
xa0
Birdəfəlik canı istə,
Dolanırsan bu həvəsdə,
Bir də gördün qəbrim üstə,
Gül kimi qərar tutmusan.
ÇAĞIRIŞ
xa0
Bu şeir ötən əsrin 80-ci illərindəxa0 atom müxadxadharibəsi təhlükəsinin artığı bir zaxadmanxadda yazılıb. Nə qədər ki, oxa0 silah var mən bu şeiri aktual hesab edirəm.
xa0
Bu günlər söhbətimiz daha uzun,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 üzümüz daha məhzun,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0başımız daha ayıq.
Bu günlər bir dərdin ayrı üzləritək
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 yaşayırıq.
Hər şeyə doymadan
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 baxır gözlərimiz.
Ağır daş kimi
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 asılır dodağımızdan
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0xa0xa0 xa0sözlərimiz.
Bu günlər dünya böyük nəhr kimi
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 qımıldanmada,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0 tərpənişdədir.
Analar təşvişdədir.
Gəlin anam soruşur məndən:
xa0xa0xa0xa0 - Adı nədi, bala, onun,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 atsalar qaçıb bir yanda
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 gizlənmək olmaz?
Üzünə baxmıram.
Dua pıçıldayantək,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 özümçün qorxmuram,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 deyir.
xa0
Bərəkətli əlləri qoynunda,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 ürəyinin içini yeyir.
Ürəyinin içini yeyir analar,
Evlərimizdə beşik,
qəlbimizdə əbədi ümid var.
Böyük evimiz
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 qarpız kimi diyirlənməmiş
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 mavi bir dərədən,
Dayanıb baxmayaq,
yağışa baxantək pəncərədən.
Gecikən atdan salınır.
Dünən keçmişdir,
Bu günün haqqı
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 bu gün alınır.
Heçlik qalın toz kimi
xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0sinəmizə enməmiş,
Ölüm
xa0xa0xa0xa0xa0xa0 minməmiş yəhərli atına
Özgə işləri atıb,
xa0 əl - ələ tutub
yığışmaq gərək
İNSAN təbəssümlü
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 bir bayrağın altına.
***
xa0
Sənə məktub yazam təzə görüşçün,
Köhnə araçıya iş düşə yenə.
Dayanaq göz - gözə, nəfəs - nəfəsə,
O fürsət əlimə kaş düşə yenə.
xa0
Duyam ki, varınam, yoxunam sənin,
Hər gecə masmavi yuxunam sənin,
Bilmədən qəlbinə toxunam sənin,
Ovcuma mirvari yaş düşə yenə.
xa0
Gizlin baxışlardan yamanlıq sezək,
Söz üstə söz qoyan dillərdən bezək,
Fikirli dolanaq, uzaqdan gəzək,
Qəfil aralığa qış düşə yenə.
xa0
Mən sonra inandım bir həqiqətə,
Cəsarət yetirir ilk məhəbbətə.
Elə istəmirəm bu nağıl bitə,
Göylərdən başıma daş düşə yenə.
xa0
BAHARA ALDANAN ŞAİR
Rəsul Rzanın xatirəsinə
xa0
Aparırdıq bahara aldanıb
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 gedən şairi,
Göynəyirdi yanaqlarımızda
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 gözümüzdən çıxmayan
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 iki damla yaşın yeri.
Su üzündə
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 yarpaq gedən kimi
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 gedirdi, gedirdi çiynimizdə -
Təzəcə qopmuşdu budağından.
Buğlanan
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 yorğan torpağın,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 nəfəsini duyub gedirdi.
Könül verib sevdiyi
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 böyük dərdləri
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 qoyub gedirdi.
(Böyük ürəklər
Böyük dərdləri sevir
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 hər şeydən öncə)
xa0
Gedirdi,
xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0xa0 Gedirdi beləcə,
bu bir,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 bu iki,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 bu da...
Sonuncu addım.
...Evdə şəklinə baxdım
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0 ölənə oxşamırdı
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0 şəkildən baxan adam.
xa0
FƏXRİYYƏ
xa0xa0xa0
Zamanıxa0 gələndə,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 göylərdən gələr
Ruhuma ruzudu mənim yazdığım.
Bir azca saralıb - solan qürubdu,
Bir az dan üzüdü mənim yazdığım.
xa0
Nur kimi təzədi -
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 vədələr bilməz
Tənqiddən - təftişdən hədələr bilməz.
Yüz eynək dəyişsin, gədələr bilməz
Paşa,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xan sözüdü mənim yazdığım.
xa0
Nə olsun,
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 dolaşmır dildə - ağızda,
Gözləyib cücəni sayaq payızda.
Mürəkəb ha deyil bəyaz kağızda,
Qarda qan izidi
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 mənimxa0 yazdığım.
xa0
QAYITMIR
Hüseyn Əfəndinin xatirəsinə
xa0
Durub ha çağırım gündə yüz kərə,
Qara torpaqlarda yatan qayıtmır.
Bə sənin yenrinə mənmi utanım? -
Utan, azğın fələk, utan, qayıtmır.
xa0
xa0Bu «yarpaq tökümü» başlandı nədən,
Gəlir ayrılıqlar, dostlardı gedən.
Qara sevdalarmı bizi qəhr edən? -
Bəllidi, bu yolu tutan qayıtmır.
xa0
Nə yaman gətirdi il bəlaları,
Uçurub aşırdı sel qalaları.
Səni istəyəndə gül balaların
Kim qıyıb deyəcək: - atan qayıtmır.
xa0
Hanı qəlbi şüşə, baxışları şən,
Mənimlə çörək yox, ürək bölüşən.
Qor kimi dünyanın gözünə düşən,
Nur kimi gözümdən itən qayıtmır.
xa0
Bilməzsənxa0 ürəyim nə haray çəkdi,
Dinib - dilləndikcə dilim vay çəkdi,
Təni torpaq aldı, ruhu göy çəkdi,
Belə mərtəbəyə yetən qayıtmır.
RAHAT YAT
xa0
Rahat
xa0xa0xa0xa0xa0xa0xa0 yat,
Qapandı gözlərin
xa0xa0xa0xa0xa0xa0xa0 bir ovuc torpaq deyə.
Qovuşdun artıq
xa0xa0xa0xa0xa0xa0xa0 ulduzlu gecələrdə duyduğun
xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 qədimliyə.
Qolların quru budaqdır indi
Yaddaşın ağ
xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 varaq.
Rahat
xa0xa0xa0xa0xa0xa0xa0 yat,
Heç vaxt bu qədər
xa0xa0xa0xa0xa0xa0xa0 sənin olmayıb torpaq.
Gəldin,
xa0xa0xa0xa0xa0xa0xa0 varıydı,
Getdin,
xa0xa0xa0xa0xa0xa0xa0 davam edir həyat.
Beşikdəsənmiş kimi
Rahat uyu, rahat.
(Modern.az)



































































































