Bir qutu siqaretə görə 3.5 il həbsdə yatacaq

Hazırda oxunan: Bir qutu siqaretə görə 3.5 il həbsdə yatacaq

216536

Ağsu rayonunda vətəndaşı hədələyərək, bir qutu siqaretini alan şəxsə hökm oxunub.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində baş verib.

Həmin kənddə yaşayan H.Q. gecə saat 22 radələrində mağazadan 2 manat 60 qəpik dəyərində "Vegas" markalı siqaret alıb.

Mağazadan çölə çıxıb evinə getmək istəyəndə 1999-cu ildə Ağsu şəhərində anadan olmuş B.N. qarşısını kəsərək, ondan bir blok siqaret almağı tələb edib. Zərərçəkmiş şəxs üzərində pulu olmadığına görə onun tələbini yerinə yetirə bilməyəcəyini deyəndə B.N. onun sifət nahiyəsinə qəsdən şillə ilə vurub. H.Q. isə üzərindəki bir qutu siqareti ona verib.

Daha sonra zərərçəkmiş polisə şikayət edib. Təqsirləndirilən şəxs saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmədə B.N. siqaret almağa pulu olmadığına görə zərərçəkmiş şəxsi qorxudaraq siqaretini alıb cibinə qoyduğunu deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin