Bu yaxınlarda Qarabağ Dirçəliş Fondu tərəfindən Füzuli Mərkəzi Parkında tikinti işlərinə başlanılacaq. Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən Füzuli Memorial Parkı, İşğal və Zəfər muzeyləri üçün dövlət satınalma prosedurlarına start veriləcək.
Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günündə iştirak edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Füzuli rayonunda aparılan tikinti-quruculuq işlərindən danışan E.Hüseynov, həmçinin bildirib ki, paralel olaraq, Dövlətyarılı kəndinin, yəni ikinci “ağıllı kənd”in də inşasına start veriləcək.
Pirəhmədli kəndində isə torpaq işləri artıq yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:53 / 17.10.2024
Füzuli Mərkəzi Parkının tikintisinə başlanılacaq - FOTO
Hazırda oxunan: Füzuli Mərkəzi Parkının tikintisinə başlanılacaq - FOTO
Hazırda oxunan: Füzuli Mərkəzi Parkının tikintisinə başlanılacaq - FOTO
216528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.