"Xəstələrə ilkin yardım etməyən həkimlər bizimlə yola davam etməyəcək” – Vüqar Qurbanov

Hazırda oxunan: "Xəstələrə ilkin yardım etməyən həkimlər bizimlə yola davam etməyəcək” – Vüqar Qurbanov

216500

“Vətəndaşlar baş verən təcili hallarda aidiyyəti üzrə xəstəxanalara yox, ilkin yardım üçün istənilən xəstəxanaya üz tuta bilərlər".

Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, İcbari Tibbi Sığortanın layihəsi tətbiq olunandan sonra TƏBİB-in bütün tibb mərkəzlərində təcili tibbi yardım şöbələri yaradıldı:

"Təcili tibbi yardım şöbələrinin funksiyası təcili yardım edilməsi ilə bağlı problemlərin həll edilməsi istiqamətindədir. Vətəndaşlar xəstənin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanaya və ya hərəkətində məhdudluq olan şəxslərlə bağlı "103" çağrı mərkəzinə müraciət edə bilərlər”.

Vüqar Qurbanov hər bir poliklinikada ilkin cərrahi tibbi yardımı göstərmək üçün xüsusi kabinetlər ayrıldığını bildirib:

“Böyük xəstəxanalarımızda, tibb mərkəzlərimizdə isə Təcili yardım şöbələri fəaliyyət göstərir.

Burada seçim vətəndaşa aiddir. Vətəndaşlara ilkin yardımı göstərməyən istənilən tibb personalı bizimlə eyni yola davam etməyəcək".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin