Ambulansların ünvana tez çatması ilə bağlı yeni proqram YARADILACAQ – RƏSMİ

Hazırda oxunan: Ambulansların ünvana tez çatması ilə bağlı yeni proqram YARADILACAQ – RƏSMİ

216468

Ambulansların çatma vaxtının azaldılması üçün tam yeni proqram təminatı hazırlanacaq, müasir naviqasiya və marşrut planlaması yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorun müşaviri Elşad Məmmədli qurumun Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Bakı və Abşeron yarımadasında planlama işləri bitdiyi üçün növbəti mərhələdə digər bölgələrdə bu işləri aparacağıq:

Bakı və Abşeron yarımadasında əsas meyar əhali sıxlığıdirsa, ölkə üzrə fərqli meyarlar olacaq. Xəstəxanaların yerləşməsi, yol infrastrukturu, mövcud stansiyaların yerləşməsi kimi meyarlar da nəzərə alınacaq. Təkmilləşən sistem özü bizə çağırış gələn ünvana ən yaxın deyil, ünvana ən tez çata bilən ambulans briqadasını seçə biləcək".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin