TƏBİB-ə 9 ayda 2539 şikayət daxil olub

Hazırda oxunan: TƏBİB-ə 9 ayda 2539 şikayət daxil olub

216465

2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə isə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib.

Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O, müraciətlərdən 2539-nun şikayət xarakterli olduğunu bildirib:

"247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub. Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin