2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb. Onlardan 62 min 598-i təxliyə olunub.
Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, ötən müddət ərzində əsassız çağırışlar qeydə alınıb:
"9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:23 / 17.10.2024
Təcili Tibbi Yardım Xidmətinə 40 minə yaxın əsassız ÇAĞIRIŞ olunub
Hazırda oxunan: Təcili Tibbi Yardım Xidmətinə 40 minə yaxın əsassız ÇAĞIRIŞ olunub
Hazırda oxunan: Təcili Tibbi Yardım Xidmətinə 40 minə yaxın əsassız ÇAĞIRIŞ olunub
216462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.