DTX-nın tutduğu şəxs hakim qarşısına çıxır

Hazırda oxunan: DTX-nın tutduğu şəxs hakim qarşısına çıxır

216457

Beynəlxalq terrorçuluğu maliyyələşdirmə ittihamı ilə həbs edilmiş Yusif Əliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, toplanmış materiallar ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

İşi Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər araşdıracaq.

Qeyd edək ki, Əliyev Yusif Sultan oğlu DTX tərəfindən keçirilən əməliyyatla tutulub. 
 

İstintaqla müəyyən edilib ki, Yusif Əliyev “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradıb. Həmin qruplarda topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədilə xarici ölkələrə köçürülməsi işini təşkil edib.


Qeyd olunan əmələ görə, ona Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. 

Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin