Bakıda uşaq geyimlərinin tikişi və satışı ilə məşğul olan “Donne Baku” mağazasının reklamı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, mağazanın "@Donna Kids" profilində satışa çıxarılan uşaq geyimi erməni mahnısı ilə reklam olunub.
Məsələ ilə bağlı mağaza ilə əlaqə saxladıq.
Mağazanın sahibi İnci Sadıqova Bizim.Media-ya bildirib ki, narazılıq yaradan reklam bütün platformalardan yığışdırılıb:
“Biz bunun erməni musiqisi olduğunu bilmirdik. Xəbər saytlarında bu haqda xəbər paylaşılanda rəylərdə bir çox vətəndaş şəhərdə bunu maşınlarda yüksək səslə dinlədiklərini qeyd ediblər. Nə qədər platformalarda buna videolar çəkilir və heç bir yerdə bunun erməni musiqisi olduğu qeyd olunmur. Biz də bilən kimi həmin reklamı bütün platformalardan yığışdırmışıq”.
Sahibkar özünün hərbçi ailəsi olduğunu bildirib:
“Saytların bəzisi yazır ki, mağaza özünü ermənicə təbliğ edir. Yazanda mənim hərbçi ailəsi olduğumu da yazsınlar. Sosial nüfuzumu salmaqdan ötrü mən hər birinə qarşı tədbir görə bilərəm. Yoldaşım hərbçidir, biz müharibə vaxtı cəbhəyə yüzlərlə yatacaq dəsti göndərmişik, hərbçi ailələrinə tamamilə ödənişsiz xəstəxana çıxışları göndərmişik. Bir mahnı da proqramist səhvi ucbatından olub, gələn-gedən buna görə zəng edir. Biz erməni mahnısı ilə nə çörək qazanarıq, nə də uşağımıza çörək yedirdərik”.
Günay, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:58 / 16.10.2024
Bakıda geyimlərini erməni mahnısı ilə reklam edən mağaza sahibindən AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Bakıda geyimlərini erməni mahnısı ilə reklam edən mağaza sahibindən AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Bakıda geyimlərini erməni mahnısı ilə reklam edən mağaza sahibindən AÇIQLAMA – VİDEO
216316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.