“Bakı şəhərində su ilə bağlı problem yoxdur” - Ekologiya nazirinin müavini

Hazırda oxunan: “Bakı şəhərində su ilə bağlı problem yoxdur” - Ekologiya nazirinin müavini

216295

“Su qıtlığı ölkəsiyik, bizim su ehtiyatlarımız məhduddur. 70 faizə qədər sular çirklənmiş şəkildə daxil olurdu. Kür boyu yaşayış məntəqələrində əhali o sudan birbaşa təmizləmədən içmək və digər məqsədlər üçün istifadə edirdi. Biz bu sahədə təbliğatla yanaşı müəyyən işlər həyata keçirirdik ki, harda ki mərkəzləşdirilmiş su təminatı sistemi yoxdur, orda müəyyən mənada əhali üçün içməli suyu təmizləyə bilək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ekologiya Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev "Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O, hazırda Bakıda su təchizatı ilə bağlı problemin olmadığını bildirib:
 

"Qadınlar su gətirmək üçün müəyyən məsafəyə gedirlər, əsasən rayon yerlərində bu, onların həyat tərzinə çevrilir. Xanımların su dalınca getməsi, yaxşı bulaqdan su gətirməsi ayrıdır. Amma suyun çatışmaması səbəbdən 10-15 dəfə bulağa getmək ayrıdır.


Biz 90-cı illərdə görürdük ki, Bakıda hündürmərtəbəli binalara su daşıyırdılar. Hazırda bu kimi problemlər yoxdur. Bakı şəhərində su təchizatı ilə bağlı demək olar ki, problem yoxdur. Rayonlarda artıq su təminatı sistemi quraşdırılır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin