"Bu gün Böyük Vətən Müharibəsi başlayandan bu günə ayrı-ayrı dövlət strukturlarının yol verdiyi nöqsanları sistemləşdirmək istəyəndə çox maraqlı bir hal ilə rastlaşdım".
Bizim.Media xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov öz Facebook səhifəində Dövlət Təhlükəsizlik Xidməti haqqında yazıb.
Aslan İsmayılovun sözlərinə görə, yeganə dövlət strukturudur ki, şikayət yox idi.
"Əlbəttə ayrı-ayrı dövlət strukturlarının fəaliyyəti ilə bağlı birində az, birində çox əsaslı şikayətlər var və bunlar hamısı müharibədən sonrakı dövr araşdırılmalı və müvafiq tədbirlər görülməlidir."
"Yeganə dövlət strukturu ki, hansından şikayət yox idi, Dövlət Təhlükəsizlik Xidməti oldu. Əksinə, çoxlu sayda razılıq, təşəkkür halları var. Bu, mənim üçün çox önəmli hal oldu, ona görə ki, dövlətimiz üçün çox vacib olan bu struktur uzun müddət çox yararsız, bəzən isə çox ziyanlı fəaliyyət göstərdi."
"Buna görə buradan bütün DTX əməkdaşlarına təşəkkür edirəm."
Xüsusilə, xidmətin rəisi Əli Nağıyevə təşəkkür edirəm ki, əvvəllər Qarabağ müharibəsində savaşmış bir Vətən oğlu kimi qısa müddət ərzində bu strukturu belə qürurverici hala gətirdi."
Uca Allah Əsgər, Zabitlərimizi, Ali Baş Komandanı və gördükləri şərəfli işlərində onlara kömək olan hamını qorusun! Qarabağ Azərbaycandır"!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:57 / 06.11.2020
Aslan İsmayılovun DTX haqqında FACEBOOK statusu
Hazırda oxunan: Aslan İsmayılovun DTX haqqında FACEBOOK statusu
Hazırda oxunan: Aslan İsmayılovun DTX haqqında FACEBOOK statusu
2162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.