Rüşvətə görə həbs olunan həkim barədə QƏRAR VERİLDİ

Hazırda oxunan: Rüşvətə görə həbs olunan həkim barədə QƏRAR VERİLDİ

216176

Məhkəmə Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov barədə qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a onun vəkili Anar Mövsümoğlu məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində H.Seyidov barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, H.Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, sabiq şöbə müdiri müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət alıb.

H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin