Füzulinin Dövlətyarlı kəndi "Ağıllı kənd" layihəsi kimi sistemləşdiriləcək

Hazırda oxunan: Füzulinin Dövlətyarlı kəndi "Ağıllı kənd" layihəsi kimi sistemləşdiriləcək

216172

"Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb və bu kənd "Ağıllı kənd" layihəsi kimi sistemləşdiriləcək"

Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, eləcə də burada alternativ enerji mənbələrindən, yaşıl enerjidən istifadə ediləcək:

"Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq. Cuvarlı, Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir. Həmçinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır".

Xidmət rəsmisi qeyd edib ki, Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb:

"Bu isə 3 132 nəfər sakin deməkdir. Şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5, 6 və 7 mərtəbəli evlər inşa edilib. Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. Bundan əlavə Füzulidə Özbəkistan tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstan tərəfindən inşa olunmuş Kurmqanqazı Uşaq yaradıcılıq Mərkəzi də fəaliyyət göstərir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin