Laçın aeroportunun tikintisi başa çatmaq üzrədir - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Laçın aeroportunun tikintisi başa çatmaq üzrədir - RƏSMİ AÇIQLAMA

216160

Laçın rayonu Qorçu kəndində inşa olunan və saatda 200 sərnişinə xidmət edəcək beynəlxalq hava limanının tikintisi bitmək üzrədir.

Bizim.Media xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, bu hava limanı bölgələrə gediş-gəlişi asanlaşdıracaq: "Yeni hava limanı həmçinin turizm potensialından geniş istifadə olunmasına imkan verəcək".

Xatırladaq ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin