Əhalinin hər bir nəfəri ödənişli xidmətlərə 890 manat xərcləyib

Hazırda oxunan: Əhalinin hər bir nəfəri ödənişli xidmətlərə 890 manat xərcləyib

216131

Cari ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə 8,3 faiz artaraq 9068,8 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6827,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 889,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 90,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin