Prokuror rüşvətə görə ittiham olunan gömrükçülərə bəraət verilməsinə ETİRAZ ETDİ

Hazırda oxunan: Prokuror rüşvətə görə ittiham olunan gömrükçülərə bəraət verilməsinə ETİRAZ ETDİ

216116

Sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşı Orxan Zöhrabova Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5,311.3.2-ci maddələri (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və təkrar rüşvət almada köməkçi) ilə təqsirləndirildiyi cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli hökmü ilə bəraət verilməsi oktyabrın 8-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Həmçinin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun sabiq əməkdaşı Mirağa Ağayevin isə həmin Məcəllənin 308.2 və 311.3.1-ci maddələrilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli bəraət hökmünün dəyişdirilmədən saxlanılması ilə bağlı oktyabrın 8-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin