İtirdiyimiz sənədlərimizi harada TAPA BİLƏRİK?

Hazırda oxunan: İtirdiyimiz sənədlərimizi harada TAPA BİLƏRİK?

215988

“Başına gələn başmaqçı olar” deyiblər... 

Bu yaxınlarda şəxsən özümün yaşadığım, xoş olmayan bir hadisə bu mövzunu işıqlandırmağa, insanları bu sahədə bir qədər maarifləndirməyə yardımçı olmağa sövq etdi.

Belə ki, sentyabr ayında Bakıda, Bayıl qəsəbəsində, 125 saylı sərnişin avtobusunun dayanacağında içərisində bütün vacib sənədlərim olan pul kisəmi unutdum.  Gəncəyə gəlib çatanda gördüm ki, pul kisəm itib. Ani bir məqamda çox üzüldüm. İçərisində bank , metro və avtobus kartım, şəxsiyyət vəsiqəm, avtomobilimin texniki pasportu, sürücülük vəsiqəm, iş vəsiqələrim və s. var idi. Demək olar ki, bütün gündəlik həyatım üçün vacib olan sənədlərsiz qaldım.

Bu təsəvvür edilə bilməyəcək qədər stress dolu bir an idi...
 

MÖVZU İLƏ BAĞLI:

Sahibkarlar məhkəməyə müraciət edir - ŞİKAYƏT


Bir qədər sonra, artıq başa düşdükdən sonra ki pul kisəm dayanacaqda qalıb, yaxınlarımdan həmin ərazini axtarmağı xahiş etdim. Təəssüf ki, bir nəticəsi olmadı. Belə bir hadisə ilə ilk dəfə idi qarşılaşdığımdan nə edəcəyimi bilmirdim.

Dostum bundan depresiyaya düşməməyi və axtarışları davam etdirməyi məsləhət gördü. İlk olaraq Daxili İşlər Nazirliyinin 102 qaynar xəttdinə zəng etməyimi tövsiyə etdi. Mən də onun dediyi kimi etdim. Zəngdən dərhal sonra mənə polis əməkdaşı zəng etdi və bütün baş verənləri ona danışdım.

Xeyli müddət keçməsinə baxmayaraq pul kisəmdən bir xəbər çıxmayanda başa düşdüm ki, mən bütün sənədləri yenidən toplamalı  olacam və topladım.

Sənədləri toplayarkən “niyə Avropa ölkələrində olduğu kimi bizim ölkədə də tapılan əşyaları təhvil vermə məntəqəsi yoxdur” deyə təəssüfləndim. Yadıma "Əhməd haradadır?" filmindəki maraqlı bir epizod düşdü: iki xanımın çantası dəyişik düşür. Hər iki xanımın ilk müraciət etdiyi ünvan Tapıntı Bürosu olur. Çünki hər kəs tapdığı əşyanı hara verəcəyini, eləcə də itirdiyini harada axtaracağını bilirdi.

Araşdırmam nəticəsində məlum oldu ki, Azərbaycanda 2006-ci ildə Bakı şəhərində Tapıntılar və Buraxılış Bürosu yaradılıb. BŞBPİ-yə bilavasitə tabe olan struktur fəaliyyətini Azərbaycan qanunvericiliyi ilə, DİN və BŞBPİ-nin hüquqi normativ aktlarına əsasən həyata keçirir.

Lakin buna baxmayaraq bir çox insanlar bu barədə məlumatsızdırlar.

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinə sorğu ünvanladıq. Daxili İşlər Nazirliyi-in mətbuat katibi, polkovnik Elşad Hacıyev soğrumuza cavab olaraq bildirdi ki, “Tapıntılar Bürosu ilə bağlı televizyalar hər  həftə reportaj edir, əhali məlumatlandırılır:

“Həmin büro BŞBPİ-nin qarşısında yerləşir. Elə bir adam yoxdur ki, oranı tanımasın, bilməsin. Çünki itirilmiş sənədlərlə bağlı bütün aidiyyatı dövlət qurumları ora yönəldilir.

Hər hansısa bir sənəd, pulqabı, əşya tapdığınız halda onu “Tapıntılar Bürosu”na yaxud da yaxınlıqda yerləşən polis məntəqələrinə təhvil verməyi özümüzə borc bilək və bunu ənənə halına gətirək”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin