“Yox” demək niyə bu qədər ÇƏTİNDİR?

Hazırda oxunan: “Yox” demək niyə bu qədər ÇƏTİNDİR?

215979

İnsanlar üçün ən çətin məsələlərdən biri də nədənsə imtina etmək, nəyəsə “yox” deməkdir.

 Ona görə ki, çoxları “yox” deməklə qarşısındakı insanı incidəcəyini düşünür.  Ona görə də “yox” deyə bilmir.

Bəzi halda vəziyyətdən çıxış yolu üçün alternativlər axtarılır. Hətta “yox” deməkdən çəkinən insanlar bilə-bilə yalan danışır.
 

MÖVZU İLƏ BAĞLI:

Payız depressiyası ilə bağlı XƏBƏRDARLIQ – “Bu simptomlar varsa...”


Məsələn, bir nəfər səndən borca pul istəyir. Amma sənin ona pul vermək fikrin olmasa da. birbaşa “yox” demirsən, müxtəlif bəhanələr gətirirsən, “baxaram”, “fikirləşərəm” kimi ifadələrlə vəziyyətdən çıxmağa çalışırsan.

Yaxud da bir adamla münasibətləri kəsmək istəyirsən.

Amma ona qəti şəkildə “yox” deyə bilmirsən. Belə vəziyyətdə hər şeyi öz axarına buraxırsan. Amma bütün hallarda “yox” deməyi bacarmaq lazımdır. Çünki bunu etmədiyin təqdirdə qarşı tərəfi daha çox incitmiş olursan. Nəticədə münasibətlər arzuolunmaz səviyyədə korlanır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki,  “yox” deməkdə çətinlik çəkən insanlar tez-tez “özlərini başqasının yerinə qoymaq məcburiyyətində olduqlarını” deyirlər:

“Ancaq daha vacib olan öz maraqlarını və ehtiyaclarını başqalarının maraqlarından üstün tutmağındır. Ona görə də “yox” deməyi bacarmaq lazımdır. Eləcə də, "yox" demək bacarığını inkişaf etdirmək və başqalarının sənin üçün xoşagəlməz və ya arzuolunmaz olan istəklərinə əməl etməmək vacibdir.

Bu bacarıq uzunmüddətli və uğurlu dostluqlar, peşəkar və romantik münasibətlər qurmaq üçün vacibdir. Onu öyrəndikdən sonra bu bacarığı həyatınızın müxtəlif sahələrində tətbiq edə bilərsiniz”.

Psixoloq onu da qeyd edib ki, insanlar əsasən bu məsələlərdə “yox” deməkdə çətinlik çəkir:

“Başqalarını incitməmək üçün yalan danışırsan, ancaq “yox” demirsən. Başqalarının səni bəyənməyəcəyindən qorxursan, sən eqoist kimi görünmək istəmirsən. Bundan əlavə,  özünü həmişə başqasının yerinə qoymaq vərdişi və həmişə “yaxşı” olmaq, qarşı tərəfi qəzəbləndirmək istəyi və nəhayət  şəxsi münasibətdə sərhədləri müəyyən  edə bilməmək problem səni “yox” deməkdən çəkindirir.

 “Yox” deməkdə çətinlik çəkən insanlar çox vaxt özlərini incidilmiş, küncə sıxışdırılmış kimi hiss edirlər. Ona görə də bu və digər komplekslərdən qurtulmaq üçün “yox” deməyi bacarmalısan.

Qəribə də olsa, “yox” deməyi öyrənəndə bunu getdikcə daha az etməli olacaqsan. Çünki ətrafındakılar səni daha yaxşı tanıyacaq və sözlərinin ciddiyə alınmalı olduğunu başa düşəcəklər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin