Bakı-Laçın istiqaməti üzrə bu gün ilk avtobus yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə fotolar Telegram kanallarında yerləşdirilib.
Xatırladaq ki, bir tərəfə gediş haqqı 16,2 manatdır.
Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Bizim.Media