Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb

Hazırda oxunan: Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb

215743

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin