Azərbaycanda dövlət qurumlarına edilən kiberhücumların sayında AZALMA

Hazırda oxunan: Azərbaycanda dövlət qurumlarına edilən kiberhücumların sayında AZALMA

215722

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 739 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 17,1 % azdır.

Kibertəhdidlərin 379-u daxili araşdırma, 360-ı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə sentyabr ayında 64 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 16,9 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 618,4 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 395 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 181 min 298 zərərverici tərkibli elektron sənəd blok edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin