Namiq Mənanın restoranında dava - Həbs edilən var - FOTO

Hazırda oxunan: Namiq Mənanın restoranında dava - Həbs edilən var - FOTO

215707

Oktyabrın 10-na keçən gecə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında insident baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, restoranda müştəri qismində olan 1986-cı il təvəllüdlü İ.Həsənov (şərti) səbəbsiz yerə dava-dalaş salıb

Daha sonra saxlanılan şəxs polis şöbəsinə aparılıb və barəsində inzibati xətaya dair protokol tərtib edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə İ.Həsənova 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hadisənin baş verdiyi restoran tanınmış meyxanaçı Namiq Mənaya məxsusdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin