Bakıda bəzi ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Hazırda oxunan: Bakıda bəzi ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

215602

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bəzi ərazilərdə maşın saxlamağı qadağan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Qurum bəyan edib ki, paytaxtda avtomobillərin sayı artdıqca maşını saxlamaq üçün yer tapmaq çətinləşir.
 

Mövcud problemin həlli istiqamətində mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri tamamlanıb. Sabit Rəhman və Alı Mustafayev küçələrində parklanma nişanları quraşdırılıb. Burada mövcüd parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb. 


Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində ("Amburan Mall") 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin