Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i (012 525 55 45 (Daxili nömrə - 1) fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yeni “Qaynar xətt”in yaradılması xidmətdə ötən ildən başlayan “İSO 37001 standartının (antikorrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi) tətbiqi çərçivəsində növbəti addımdır.
Vətəndaşlar xidmətin əməkdaşlarına aid hər hansı korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları halda bu barədə iş saatları ərzində (09:30-18:30) həmin “Qaynar xətt”ə, həmçinin [email protected] ünvanına müraciət edə bilərlər.
Daxil olan bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırılacaq. Müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:24 / 18.05.2021
Korrupsiya ilə mübarizə üçün “Qaynar xətt” yaradıldı
Hazırda oxunan: Korrupsiya ilə mübarizə üçün “Qaynar xətt” yaradıldı
Hazırda oxunan: Korrupsiya ilə mübarizə üçün “Qaynar xətt” yaradıldı
21550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.