Bakının mərkəzi yollarında 30 dan çox avtobus tıxacda qaldı - SİYAHI

Hazırda oxunan: Bakının mərkəzi yollarında 30 dan çox avtobus tıxacda qaldı - SİYAHI

21548

Hazırda Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkəti çətinləşib.

Məlumata görə, təkcə Heydər Əliyev prospektində (kənar yol şəhər mərkəzi istiqamətində) “Koroğlu” NMM-dən 28 May”-“İçərişəhər” və əks istiqamətdə hərəkət edən 30-dan artıq avtobus sıxlıqda qalıb. 

1. Tbilisi prospekti –20 Yanvar dairəsi və şəhər istiqamətində sıxlıq 

2. Koroğlu Rəhimov küçəsi - Heydər Əliyev prospekti və Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq 

3. Ziya Bünyadov prospekti – Poladəritmə zavodunun yanından (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən) 20 Yanvar dairəsi istiqamətində sıxlıq 

4. Rövşən Cəfərov küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq 

5. Abbasqulu ağa Bakıxanov küçəsi - Türkiyə səfirliyi istiqamətində sıxlıq 

6. Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində sıxlıq 

7. Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısına qədər nisbətən sıxlıq 

8. 28 may küçəsi - Rəşid Behbudov küçəsi ilə kəsişməyədək nisbətən sıxlıq 

9. Üzeyir Hacıbəyov küçəsi - Cavanşir körpüsünün üstü sıxlıq 

10. Afiyəddin Cəlilov küçəsi sıxlıq 

11. Mikayıl Useynov prospekti - "Azneft" dairəsi istiqamətində sıxlıq 

12. Neftçilər prospekti - Kukla teatrının qarşısı (Niyazi küçəsindən gələn nəqliyyat vasitələri) nisbətən sıxlıq 

13. Məhəmməd Hadi küçəsi - Əhmədli metrosunun qarşısı - Babək prospekti istiqamətində sıxlıq 

14. Mustafa Kamal Atatürk prospekti - Ziya Bünaydov prospekti istiqamətində sıxlıq 

15. Babək prospekti - Heydər Əliyev prospektinə giriş sıxlıq 

16. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsi və Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin