Sığorta vəsaitləri şəhid ailələri və qazilərin sosial müdafiəsinə yönəldiləcək

Hazırda oxunan: Sığorta vəsaitləri şəhid ailələri və qazilərin sosial müdafiəsinə yönəldiləcək

21543

Prezident İlham Əliyevin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” bugünkü fərmanı müvafiq kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımdır.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ​İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi​ndən məlumat verilib.

Fərmana əsasən, Dövlət Sığorta Kommersiya Şirkətinin aşağıdakı şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir:

• Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin,

• kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının,

• hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin,

• Milli Məclis deputatlarının, hakimlərin,

• prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirənlərin,

• fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edənlərin,

• Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin,

• mülki müdafiə qüvvələrinin şəxsi heyətinin.

Növbəti ildən sığortaolunanların və sığortalıların uçotunun aparılması, sığorta haqlarının ödənilməsinə nəzarət, sığorta ödənişlərinin verilməsi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək.

DSMF həmçinin sığorta ehtiyatlarının yaradılması və artırılması işlərini görəcək.

Toplanan sığorta vəsaitlərindən sığorta ödənişlərinin verilməsi üçün istifadə edilməklə bərabər, bu vəsaitlər şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi istiqamətində tədbirlərin gücləndirilməsinə də sərf olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin