Zaxarova Azərbaycanı hədələyən ABŞ Konqresini rüsvay etdi: Adını dəyişib "Lobbi Agentliyi" qoyun - VİDEO

Hazırda oxunan: Zaxarova Azərbaycanı hədələyən ABŞ Konqresini rüsvay etdi: Adını dəyişib "Lobbi Agentliyi" qoyun - VİDEO

215412

"Məndə belə bir təəssürat yaranır ki, amerikalı konqresmenlər məşğul olmaq üçün özlərinə iş tapıblar. Başa düşürəm ki, onlar beynəlxalq lobbiçiliklərinə görə pul alırlar, hətta bunu gizlətmirlər".

Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin "Amerikalı konqresmenlər ABŞ Dövlət Departamentinə məktub göndərərək Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Bakıda keçiriləcək 2024-cü il BMT-nin İqlim Dəyişikliyi üzrə “COP29” Çərçivə Konvensiyasının başlamasına bir ay qalmış ABŞ-ın respublikaya təzyiqlərini artırdığı hissi yaranır. Ötən gün siz iqlim məsələsinin siyasi manipulyasiya üçün güclü alətə çevrildiyini qeyd etdiniz. Bu mövzu ilə bağlı ətraflı şərhinizi eşitmək istərdim" sualını cavablandırarkən deyib.

"İcazə verin, iqlim gündəliyinə və Azərbaycanda keçiriləcək tədbirə qayıdaq. Demək istəyirəm ki, aşkara çıxarılan panamerikan qalmaqalı (söhbət Hollivud məclislərində onilliklər boyu uşaqların necə korladıqlarından gedir) onu deməyə əsas verir ki, amerikalı konqresmenlər özlərinə məşğul olmaq üçün iş tapıblar.

Əgər onlar öz vəzifələrini sadəcə olaraq beynəlxalq lobbiçilərdən pul almaq işi kimi görürlərsə, o zaman bəlkə də “Konqres”i “Amerika Lobbisi” və ya “Lobbi Agentliyi” adlandırmaq lazımdır. Ora isə pul göndərmək lazımdır, qoy bu insanlar işləməyə başlasınlar. Madam ki, Amerika əhalisi vətəndaş maraqlarını həyata keçirmək üçün öz hüquqlarını, istəklərini və səlahiyyətlərini konqresmenlərə həvalə edir, onda bəlkə onların problemləri ilə məşğul olacaqlar?

Artıq orada baş verənlərə baxmağa gücüm çatmır. Narkotiklərin tam leqallaşdırılması, uşaqlar üzərində hər cür dəhşətli eksperimentlər, sonsuz gender manipulyasiyası, miqyaslı cinayətlər, öz sərhədlərindəki həll olunmamış problemlər. Və eyni zamanda, başqalarının problemlərini "qazıb çıxarırlar", deyə Zaxarova bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin