Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs SAXLANILDI

Hazırda oxunan: Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs SAXLANILDI

215396

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən 45 yaşlı S.Rüstəmov saxlanılıb.

O, araşdırma aparılması üçün 43-cü Polis Bölməsinə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin